Futbolçu huşunu itirdi, bütün oyunlar təxirə salındı

Futbolçu huşunu itirdi, bütün oyunlar təxirə salındı
XƏBƏR 24 Avqust 2024 / 15:57 3963
-  A +

Uruqvay çempionatının bu həftə keçirilməli olan bütün oyunları təxirə salınıb.

QOL.az xəbər verir ki, bu qərarı Uruqvay Futbol Federasiyası verib.

Belə qərar verilməsinə səbəb Libertadores kubokunun 1/8 final mərhələsində "San Paulo" - "Nasyonal" matçında xoşagəlməz hadisə yaşanmasıdır. Matçda "Nasional"ın futbolçusu Xuan İskryero huşunu itirib. O, yerə yıxılıb. Futbolçu xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Oyunçuda ürək ritminin pozuntusu aşkarlanıb.

Ona görə də çempionatda bu həftə keçirilməli olan bütün futbol matçları təxirə salınıb. 

Daha çox


Son xəbərlər
topaz banner