"Jirona"dan rekord transfer

"Jirona"dan rekord transfer
XƏBƏR 24 Avqust 2024 / 11:26 5440
-  A +

"Jirona" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kataloniya təmsilçisi İngiltərə "Uotford"undan vinger Yaser Asprillianı transfer edib. 

20 yaşlı yarımmüdafiəçi ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalanıb.

İnsayder Fabrizio Romanonun yaydığı məlumata görə, "Jirona" futbolçu üçün "Uotford"a 18+7 milyon avro ödəyib. Bu isə klub tarixinin transfer rekordudur.

Qeyd edək ki, Yaser ötən mövsüm 47 matçda 6 qol vurub və 8 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
topaz banner