Serji Robertonun yeni klubu rəsmiləşdi

Serji Robertonun yeni klubu rəsmiləşdi
XƏBƏR 24 Avqust 2024 / 09:00 3201
-  A +

"Barselona"nın sabiq kapitanı Serji Robertonun "Komo"ya keçidi rəsmiləşib.

QOL.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. İtaliya A seriyası təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Serji Roberto 2013-cü ildə "Barselona"nın əsas komandasında debüt etmişdi. O, bu yay Kataloniya klubundan ayrılıb. Serji bu müddət ərzində 7 dəfə La Liqanın, 2 dəfə Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, "Komo"nun baş məşqçisi S.Robertonun "Barselona"dakı sabiq komanda yoldaşı Sesk Fabreqasdır.

Daha çox


Son xəbərlər
topaz banner