Mahir nə vaxt komanda ilə məşqlərə başlayacaq?

Mahir nə vaxt komanda ilə məşqlərə başlayacaq?
XƏBƏR 22 Avqust 2024 / 10:46 3167
-  A +

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni klubu Almaniya “Nürnberq”ində komanda ilə məşqlərə başlayacağı vaxt müəyyənləşib.

QOL.az "Bild"ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu hazırda 2-ci Bundesliqa təmsilçisində reabilitasiya üzrə məşqçi Cerald Ştürzenhofekerlə birlikdə fərdi məşqlər edir. O, sentyabrda, millilərin oyunları ilə əlaqədar beynəlxalq matçlarından sonra komandaya  qoşula biləcək.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze M.Emreli ilə bağlı deyib: "Proqnoz vermək çətindir. Həftədən-həftəyə reaksiyanın nə olduğunu görməliyik. Konkret vaxt deyə bilmərik".

Qeyd edək ki, M.Emreli bu ay “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Sözləşmənin müddəti mövsümün sonunda artırıla bilər.
 

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner