"Omoniya"nın (Kipr) baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının pley-off mərhələsində evdə "Zirə"yə qarşı keçirəcəkləri ilk oyun haqqında danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis bu gün təşkil olunan mətbuat konfransında Azərbaycan təmsilçisi haqqında xoş sözlər deyib:
"İlk növbədə mən həqiqətən də rəqibdə çox yaxşı komanda ruhu görürəm. Onlar ilk oyunlarını Avroliqada "Şerif"ə qarşı keçirdilər. Çox yaxşı matç idi. "Şerif" penaltilər seriyası ilə mərhələ adladı. Daha sonra "Zirə" Konfrans Liqasında Slovakiya komandasını ("DAK-1904" - red.) məğlub etdi. Bu, komandaya güc verdi. Düşünürəm ki, Xorvatiya "Osiyek"i ilə oyunlarda çox dəyişdilər. Xüsusilə Azərbaycanda keçirilən cavab matçında "Zirə" üstünlük təşkil etdi".
O, "Zirə"ni yaxşı analiz etdiklərini bildirib: "Zirə"nin oyun tərzi haqda bunu demək olar ki, xüsusilə müdafiədə yaxşı oynayırlar. Biz rəqib haqqında məlumat toplamışıq. Onların ötən mövsüm Azərbaycan çempionatındakı bir neçə oyununa da nəzər saldıq. Bu komandaya qol vurmaq çox çətindir. Hücumçular da hər oyunda çox çalışırlar. Müdafiə xətləri fərqlənir. Çünki bu, tipik üslub deyil. Komandanın müdafiəyə oturduğu və baş məşqçinin tapşırıqları əsasında oynadığı görünür".
Valdas Dambrauskas "Zirə" ilə görüşlərin çətin keçəcəyini söyləyib: "Matç boyu diqqətli olmalıyıq. Müsbət nəticə əldə edəcəyimizə inanıram. Azarkeşlərimiz kimi, biz də bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Ümid edirik ki, onları sevindirəcəyik. Bu görüşün çətin keçəcəyini düşünürəm. Çünki açar ötürmələr xətlərdə boşluq verən komandalara qarşı keçir. Maneələrlə qarşılaşacağıq. Amma inanıram ki, futbolçular sabah yaxşı iş görəcəklər. Hər iki komanda meydana planlı şəkildə çıxacaq. Amma artıq ilk dəqiqələrdən planlarımızı reallaşdıra bilib-bilməyəcəyimizə baxmalıyıq. Biz bunu bacara bilərik. Biz hər gün videoanalizlər etdik. Rəqibin oyun tərzinə uyğun məşqlərimiz oldu. Oyuna hazırıq. Əlbəttə ki, hər bir komandanın üstün və mənfi cəhətləri var. Bizim işimiz güclü tərəflərimizi üzə çıxarmaqdır. Rəqibin isə zəif nöqtələrindən yararlanmalıyıq. Evdə oynayırıq və cəsarətli olmalıyıq. Meydanda baş verən heç bir şey bizim inamımızı öldürə bilməz".
Qeyd edək ki, sabah 22-də GPS stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər