Petr Çexi icarəyə verdilər

Petr Çexi icarəyə verdilər
XƏBƏR 21 Avqust 2024 / 11:58 4109
-  A +

Çexiya millisinin, "Çelsi" və "Arsenal"ın sabiq qapıçısı, hazırda xokkeyçi olan Petr Çex klubunu dəyişib.

QOL.az xəbər verir ki, 42 yaşlı idmançı "Belfast Giants"a qayıdıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, müqavilə ilə "Oksford Siti Stars"a məxsusdur. 2019-cu ildən xokkeyçi kimi fəaliyyət göstərən Petr daha əvvəl də "Belfast Giants"da oynayıb. 

Xatırladaq ki, Petr Çex futbolçu karyerasına 1999-cu ildə başlayıb və 2019-cu ildə futbolla vidalaşıb. Onun son klubu "Arsenal" olub.

Daha çox


Son xəbərlər