"İstədiyimizi etdik. Azərbaycana üstünlüklə gedirik. Daha bir neçə qol vurmaq imkanımız var idi. Amma bu da gözəl nəticədir. İndi növbəti çempionat oyununa hazırlaşmalıyıq".
QOL.az "sportske"yə istinadən xəbər verir ki, bu sözləri "Dinamo"nun (Zaqreb) futbolçusu Sandro Kulenoviç ötən gecə Çempionlar Liqasının pley-offunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri görüş haqqında danışarkən deyib.
Meydana 63-cü dəqiqədə daxil olan və dubla imza atan 24 yaşlı hücumçu belə bir matçda fərqlənməyin gözəl hiss olduğunu bildirib: "Bu oyunda qol vurmaq gözəl hissdir. Xüsusən də bir xorvatiyalı üçün... Mən Zaqrebdə doğulmuşam və “Dinamo”da böyümüşəm. Biz yenə də diqqətli olmalıyıq".
S.Kulenoviç komanda yoldaşı Martin Baturinanın ona qol ötürməsi verməsi barədə də danışıb: "Baturinanın necə futbolçu olduğunu hamımız bilirik. Onun 10 nömrəli formanı geyinməyinin bir səbəbi var. Baturina qeyri-adi istedaddır. Ona verdiyi qol ötürməsinə görə təşəkkür edirəm. Bilmirəm ki, niyə özü qol vurmadı, mənə ötürmə etdi (gülür)".
Qeyd edək ki, "Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır