QOL.az saytının da daxil olduğu “5 Media" şirkətinin direktoru Mirhacib Məcid ilə Türkiyə futbolunun əfsanəsi Nihat Kahveci arasında görüş olub.
İstanbulda səmimi mühitdə keçirilən görüşdə N.Kahveci bir neçə dəfə Bakıda olduğunu, Türkiyə millisinin heyətində Azərbaycan millisi ilə görüş üçün ölkəmizə gəldiyini, 2019-cu ildə Avropa Liqasının finalı ərəfəsində paytaxtımıza səfər etdiyini, Avro-2020 zamanı Türkiyə millisinin Bakıdakı matçlarını stadiondan canlı izlədiyini bildirib.
O, Bakıya hər gəlişində şəhərin daha da gözəlləşdiyini gördüyünü və Bakıya heyran olduğunu deyib. Hazırda şərhçilik fəaliyyətinə Türkiyənin "Haber Global" telekanalının "Kontra" yutub proqramında davam edən N.Kahveci bu verilişi xeyli sayda azərbaycanlının izlədiyini də söyləyib. O vurğulayıb ki, azərbaycanlı azarkeşlərdən şərhlər alır.
44 yaşlı keçmiş hücumçu Azərbaycanda yaşayan bütün futbol həvəskarlarına salamlarını çatdırıb. O, xüsusilə “Qarabağ"ın çıxışlarına toxunub. N.Kahveci Ağdam təmsilçisinin böyük işlər gördüyünü, fəxr olunacaq bir komandaya çevrildiyini deyib. Sabiq forvard “Qarabağ"ın Leverkuzen "Bayer"i ilə matçlarını xatırlayıb. O, Qurban Qurbanovun komandasının bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi matçı da izləyəcəyini söyləyib. N.Kahveci Azərbaycan klubuna uğurlar arzu edib.
Daha sonra M.Məcid həm Azərbaycan, həm də "Qarabağ" Futbol Klubu ilə bağlı dediyi xoş sözlərə görə N.Kahveciyə təşəkkür edib. O, N.Kahvecini "Qarabağ"ın növbəti görüşlərindən birini Bakıda izləməyə dəvət edib. N.Kahveci isə böyük məmnuniyyətlə Bakıya gəlmək və "Qarabağ"ın oyunlarını stadiondan izləmək istədiyini vurğulayıb.

Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır