Konqo millisinin futbolçusu “Qəbələ”də

Konqo millisinin futbolçusu “Qəbələ”də
XƏBƏR 20 Avqust 2024 / 12:41 3218
-  A +

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Konqo milli komandasının yarımmüdafiəçisi Domi Jaures Massoumonu transfer edib. Onunla 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Daha çox


Son xəbərlər