Bu yay Roman Qriqorçuku baş məşqçi təyin etməklə yeni mövsüm üçün iddialı olan "Neftçi" hələ ki, gözləntiləri doğrultmur.
Ötən mövsüm yerli çempionatda 5-ci yeri tutan və son turda avrokuboklara vəsiqəni əldən verən Bakı klubu Misli Premyer Liqasının yeni mövsümündə 3 oyun keçirsə də, qələbə qazana bilməyib. Komanda 2 dəfə heç-heçə edib və 1 dəfə məğlub olub. "Neftçi" "Turan Tovuz" və "Səbail"lə heç-heçə edib, ötən gün isə "Sabah"a uduzub.
Bəs, bu, sadəcə uğursuz startdır, yoxsa, "qara zolağ"ın başlanğıcı?
Bu barədə Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadovla söhbətləşdik. O, QOL.az saytına açıqlamasında "Neftçi"nin futbolçularının istəksiz olduğunu deyib:
"Mən klubun daxilində baş verənləri bilmirəm. Ancaq oyunları əsasında fikir söyləyə bilərəm. Görünən budur ki, baş məşqçi hələ heyəti müəyyənləşdirməyib. Tez-tez rotasiyalar edirlər. Yeni futbolçular alıblar. Oxudum ki, hələ yenə futbolçu transfer edəcəklər. Belə baxanda futbolçuları var. Amma ola bilər ki, keyfiyyətləri aşağıdır. Dünən "Sabah" "Neftçi"ni oyunla uddu. Hələ "Sabah" daha çox qol vura bilərdi. 2-ci hissədə çox yüksək səviyyədə oynadılar. Ancaq biz bunu "Neftçi"də görmürük. Bu "Neftçi"də istək yoxdur".
Mütəxəssis komandanın baş məşqçisi Roman Qriqorçuk haqqında isə bunları söyləyib: "Futbolçular baş məşqçiyə görə oynayırlar. Amma biz "Neftçi"də bunu görmürük. Qriqorçuk məşqçidir, mənim həmkarımdır. Onun haqqında mənfi nəsə deyə bilmərəm. Mən heç vax həmkarlarım haqda pis fikirdə olmamışam. İstər yerli olsun, istərsə də əcnəbi. Biz hələlik Qriqorçukun işini görə bilmirik. Görək gələcəkdə nə olacaq".
O, "Neftçi"nin "qara zolaq"da olacağı təqdirdə daha ağır vəziyyətlə qarşılaşacağını deyib: "Bu gedişlə heç nə gözləmirəm. Durum daha da ağır ola bilər. Futbolçularda istək yoxdur. Futbol klubu bir ailədir. Ailəni idarə edən baş məşqçidir. Ünsiyyəti o bağlayır. Baş məşqçi ilə klub prezidenti bir olmalıdır. Onda hər şey yaxşılaşır. Əksinə olsa, durum həddindən artıq pis ola bilər. "Neftçi" bu cığırla getsə, vəziyyət həddindən artıq ağır olacaq".
Nur Zeynalova
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”