Rahilin komandası "Legiya"ya böyük hesabla uduzdu

Rahilin komandası "Legiya"ya böyük hesabla uduzdu
XƏBƏR 18 Avqust 2024 / 21:24 3253
-  A +

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun da formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb. 

QOL.az xəbər verir ki, Radom təmsilçisi 5-ci turda "Legiya"nın qonağı olub. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

Qeyd edək ki, "Radomyak" hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 15-cidir.


Son xəbərlər
20.05.26  16:53

11 illik dövrün sonu

topaz banner