"Çox gərgin oyun oldu. Gözlədiyimizdən də gərgin bir matç keçdi. Bu mərhələdə elə-belə rəqiblər, oyunlar olmur. Şükürlər olsun. Məni sevindirən odur ki, futbolçularımız gərginliyə dözdülər. Onları təbrik edirəm, onlarla fəxr edirəm. Öpüb-bağrıma basıram. Futbol camiəmizi təbrik edirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsniat mərhələsində "Osiyek"i penaltilər seriyasında məğlub edərək (ilk oyun - 1:1, cavab oyunu - 2:2, penaltilər seriyası - 2:1) pley-offa adlamaqlarından sonra deyib.
Mütəxəssis penaltilər seriyasında komandasını 4 qoldan xilas edən qapıçı Tiaqo Silvanın ustalıq nümayiş etdirdiyini deyib: "Penaltilər seriyasından öncə onu tənqid etmişdim. "Şerif"lə oyundan sonra ona heç nə deməmişdim. Ehtiyac olmasaydı, deməyəcəkdim. Tənqid etdim ki, aqressivləşsin. Böyük ustalıq göstərdi. Dedim "Şerif"lə oyundakı penaltilərdən narazı qalmışam, özünü göstərməlisən. O da 5 penaltidən 4-nü çıxardı. Asan məsələ deyildi. Bunun öhdəsindən gəldi".
O, KL-in pley-off matçına görə Misli Premyer Liqasındakı oyunlarını təxirə salıb-salmayacaqlarına qərar vermək üçün iclas keçirəcəklərini söyləyib: "90 dəqiqə oynasaydıq, qəti şəkildə təxirə salmayacaqdıq. 120 dəqiqə olub, həkimlərlə, məşqçi heyəti ilə toplantı keçirib, qərar verəcəyik".
Mütəxəssis "Rəqib baş məşqçi demişdi ki, "Zirə" bizə bir qol vura bilməz..." fikrinə münasibət bildirib: "Əslində, çox bəyənirdim onu. Meydanın kənarındakı rəftarını, taktiasını, həmçinin oyununu. Bakıdakı açıqlamasında da bildirdi ki, fikri başqa cür anlaşılıb. Bu da normaldır".
R.Sadıqov əlavə dəqiqələrdə futbolçulardan nizam-intizamlı oynamaqlarını və mütləq qol vurmaqlarını istəyib: "Heç nəyi dəyişmək istəmirdim. Hücumameyilli oyunçularımız çox idi. İntizamlı olub, mütləq şəkildə qol vurmalıydıq. Rəqibin qapıçısı penaltilərdə çox yaxşı çıxış edirdi. Müdafiəçiləri də yaxşı həmlələr edirdilər".
Baş məşqçi pley-offdakı rəqibləri "Omoniya" haqqında danışıb: "Hamı istəyər qrupa düşsün. Rəqibimiz "Omoniya"dır. Onlar haqda heç bir məlumatım yoxdur. "Fehervar"la oyunlarda daha üstün olublar. "Fehervar" da bizə tanış rəqibdir. Onları udublarsa, bu, "Omoniya"nın gücün göstərir. Seçim olsaydı, digəri ilə düşmək istərdim. Onlar avrokuboklarda təcrübəlidir. Hələ ki, bu haqda danışmaq tezdir. Çempionat oyunu olmasa, sabahdan "Omoniya" haqda düşünəcəyik. Ən yaxşısını edəcəyik ki, qruplara düşək".
R.Sadıqov hakimin qərarlarından razı qaldığını vurğulayıb: "Oyunu yaxşı idarə edirdi. Sadəcə ikinci qolda cərimə zərbəsi var idi ya yox bilmədim. İnamlı şəkildə sarı vərəqə də verdi. Sanki cərimə zərbəsi yox idi. Ümumilikdə qərarları doğru idi".
O, futbolçuların penaltini yerinə yetirərkən çətinlik çəkməsi haqda danışıb: "Futbolçularımızın çoxu ilk dəfədir ki, üçüncü mərhələdə oynayır. Penaltiləri vurmaq mental hazırlıqla bağlıdır. Üç yerli futbolçumuz vurmadı, amma ən azından təcrübə qazandılar. Hər iki qapıçı usta şəkildə çıxış etdi. Həm də yorğunluq var idi. Bir az biz xarakter göstərdik.Sanki istəmirdik oyun penaltilərə getsin. Hamımızda travma var idi ki, penaltilərdə uduzmuşuq və Azərbaycan klubları uduzur penaltilərdə. Onların da qapıçısı yaxşı çıxış etdi, bizimki də. Bu üç mərhələdə yaşadıqlarımız komanda üçün böyük təcrübə oldu".
Ötən mövsüm az qol vurduğuna və oyununa görə tənqid olunan "Zirə" cari mövsümdə uğurlu çıxış edir. Mütəxəssis isə bu haqda deyib: "Bu barədə çox danışmaq istəmirəm. Özüm üçün doğru hesab etmirəm. Çox şeyi dəyişməmişik. Eyni məşqlərdir, metodikadır. Bu gün də bəhrəsini görürük. Keçən il də komandamın oyunundan razı qalırdım. Şükür Allaha ki, bu gün qələbələri qazanırıq. Çox detallara varmaq istəmirəm".
R.Sadıqov "Penaltilər seriyasında sanki ehtiyat skamyaya bildirdiz ki, sakitləşinlər və hələ gözləmək lazımdır..." sözlərini cavabsız qoymayıb: "Bu dəfə daha rahat idim. Hər zaman çılğın sevinmənin tərəfdarı olmamışam. Bitdikdən sonra nə qədər istəyirlər sevinsinlər. Həmin an aşırı şəkildə sevindilər, sevmirəm bunları. Dedim gözləyin, dua edin. Qələbə bizim olsun, sonra sevinək".
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu