Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə IMMAF tərəfindən təşkil olunan yeniyetmələr arasında qarışıq təkbətək döyüşlər növü - MMA üzrə dünya çempionatı keçirilib.
QOL.az xəbər verir ki, yeniyetmələr arasında ilin əsas yarışında 54 ölkədən 900-dən çox idmançı mübarizə aparıb.
Dünya birinciliyində ölkəmizi Azərbaycan MMA Federasiyasının 21 idmançı, 7 beynəlxalq lisenziyalı məşqçi və 2 beynəlxalq dərəcəli hakimlərdən ibarət komandası təmsil edib. Azərbaycan komandasının heyətində Kənan Quluzadə (12-13 yaş kateqoriyası, 37 kq), Esmira Bayramova (12-13 yaş kateqoriyası, 57 kq) və Cəfərsadiq Mirzəyev (16-17 yaş kateqoriyası, 61,2 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Ayan Sonayeva (12-13 yaş kateqoriyası, 52 kq) yalnız finalda uduzmaqla yarışı gümüş medalla başa vurub. Komandaya dəstək məqsədiylə tanınmış MMA döyüşçüsü və məşqçisi Şəhriyar Abbasov səfərə yığmayla birlikdə yollanıb.
AZMMAF-ın prezidenti Rövşən Həsənov qurumun rəsmi saytına açıqlamasında komandanın nəticəsini müsbət qiymətləndirib: “Artıq 15 ildi qarışıq təkbətək döyüş növləri üzrə MMA-nın inkişafı istiqamətinə müxtəlif səmərəli işlər görülür. İllər öncə məhz bizim federasiyanın dəstəyi ilə Bakıda MMA üzrə ilk dəfə Avropa çempionatı və Dünya Kuboku keçirilib. Əbu-Dabidə dünya birinciliyində 4 medal qazanmaqla düzgün yolda olduğumuzu təsdiqləndi. Bildirmək istəyirəm ki, yarışda yüksək rəqabət olduğundan əksər ölkələr medalsız qaldı. Komandamızda mükafat qazanan uşaqlar yeniyetmə kateqoriyasında uğur əlməklə gələcəkdə gənclərdə də mübarizə aparmağa hazır olduqlarını göstərdi. Qarşıda bizi böyüklərdən ibarət komandamızın noyabrda Özbəkistanda iştirak edəcəyi dünya çempionatı gözləyir. Bu yarışlarda da idmançıların uğurlu çıxış edəcəyinə ümid edirik".
Xatırladaq ki, IMMAF dünyanın ən nüfuzlu MMA təşkilatıdır. Ölkəmizdə İMMAF yalnız Azərbaycan MMA Federasiyasını rəsmi mümayəndəsi kimi tanıyır.

“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu