“Ötən mövsümə qədər 1-ci Liqa özünü tam doğrultmurdu. Çünki yarış əvəzedicilərlə birgə keçirilirdi. Lakin ötən mövsüm 1-ci Liqa öz ab-havasına qayıtdı”.
QOL.az xəbər verir ki, bu bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.
1-ci və 2-ci liqanın püşkatmasında çıxış edən E.Abbasoz aşağı liqalarda ötən il buraxılan səhvlərdən nəticə çıxarmalı olduqlarını vurğulayıb: “Çalışacağıq ki, bu mövsüm ötən il buraxdığımız səhvlər təkrarlanmasın. Bu halda daha irəliləmiş, daha püxtələşmiş liqanın şahidi ola bilərik. Bunda klubların da üzərinə çox böyük məsuliyyət düşür. İnfrastruktur və kadr baxımından. Stadionlara mütəmadi baxışlar həyata keçirilir. 2-ci Liqaya vəsiqə qazanan “Hypers Guba”nın ev oyunlarını keçirdiyi Quba Olimpiya Kompleksinin stadionu əla vəziyyətdədir. Hətta deyərdim ki, o stadion Premyer Liqada matçlarını qəbul edə biləcək səviyyədədir”.
PFL rəsmisi 1-ci və 2-ci liqanın əsasnaməsi barədə də danışıb: “1-ci liqanın əsasnaməsi hazırdır, klublara göndərilib. II Liqa üçün də sənədlər toplusu tədbir bitdikdən sonra klub nümayəndələrinə təqdim olunacaq. 2-ci liqada müəyyən məqamlar var ki, onların tətbiq olunması lazımdır. Ötən mövsümlə müqayisədə sifariş vərəqəsi ilə bağlı dəyişiklik olub. Əvvəl 40 futbolçu sifariş etmək mümkün idisə, bu mövsüm say 35-ə endirilib. Müəyyən tənzimləmələrə ehtiyac var. Artıq ikinci il olduğunu nəzərə alaraq, 2-ci liqada məşqçilərin lisenziyasının olması tələb kimi klubların qarşısına qoyulub”.
Elgiz Abbasov reqlamentdə ötən mövsümlə müqayisədə ciddi dəyişiklik olmadığını qeyd edib: “Hər iki yarışda sonuncu yer liqanı tərk edəcək. Pley-off oyunları ev-səfər prinsipi ilə keçirilməyəcək. Bu mövsüm neytral meydanda 1 matçın keçirilməsi qərarına gəlmişik. Ötən il olduğu kimi, bu mövsüm də PFL-in Media departamenti qarşılaşmaların Yutub vasitəsi ilə canlı yayımını təşkil edəcək. Kütləvilik üçün müəyyən yol xəritəmiz var. Təqvim qarşıdakı günlərdə açıqlanacaq. Ötən mövsüm olduğu kimi, yenə də 1-ci liqa 3, 2-ci liqa isə 2 dövrədən ibarət olacaq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu