“Oyuna pis başlamadıq. Hələ mövsümün əvvəlidir. Bu, hiss olunur. “Kəpəz” barədə də eyni sözləri demək olar. Görünür ki, onlar da tam hazır deyillər. Ümumilikdə bizim üçün yaxşı oyun alındı. Qol şanslarımız var idi. Daha da çox fərqlənə bilərdik”.
QOL.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Misli Premyer Liqasının 2-ci turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Təcrübəli futbolçu ilk hissədə rəqib qapısına yol tapa bilməmələrinin səbəbini belə izah edib: “Kəpəz” yaxşı müdafiə olunurdu. Onlara əhsən. Görünür ki, yaxşı təşkilatlanmış komandadırlar. Birinci hissədə fərqlənmək üçün qol imkanlarımız var idi. Onlardamn istifadə edə bilmədik. Fasilədən sonra oyunumuzu korrektə etdik və lazımi qolları vurduq”.
O, əvvəlki matçlardan fərqli olaraq bu dəfə “Kəpəz”lə oyunda cəmi 3 qol vurmaları barədə də danışıb: “Hələ mövsümün əvvəlidir. Bir qədər oyun təcrübəsi lazımdır. Zaman keçdikcə artıracağıq”.
B.Hüseynov qeyd edib ki, “Ludoqorets” səfərinə uğur qazanmaq üçün yollanacaqlar: “Komandada əhval-ruhiyyə yaxşıdır. Səfərə iddialı yollanacağıq. Çünki ilk görüşdə oyun baxımından “Ludoqorets”ə heç nədə uduzmamışdıq. Müəyyən çatışmazlıqları düzəltsək, hər şey yaxşı olacaq. Daha soyuqqanlı olmaq lazımdır. Eləcə də səfərdə Bakıdakından da yaxşı oynamalıyıq”.
“Sizcə, “Ludoqorets”lə səfər matçında cütün taleyi baxımından hansı amil həlledici olacaq?” sualını “Qarabağ”ın kapitanı belə cavablandırıb: “Biz hər şeyə hazırıq. Hətta əlavə vaxta, penaltilərə də. “Ludoqorets” yaxşı komandadır. Heyətlərində çox güclü futbolçuları var. Əks hücumları da çox təhlükəlidir. Bir sözlə, hər şeyə hazır olmalıyıq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi