Pepe karyerasını başa vurdu

Pepe karyerasını başa vurdu
XƏBƏR 8 Avqust 2024 / 19:48 2298
-  A +

Portuqaliya millisinin  və "Real"ın sabiq mərkəz müdafiəçisi Pepe karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb. Pepe 41 yaşında futbolla vidalaşdığını bildirib.

Onun son klubu 2019-2024-cü illərdə çıxış etdiyi "Portu" olub. Pepe 2004-2007-ci illərdə bu komandada oynayıb. 

Keçmiş müdafiəçi 2007-2017-ci illərdə "Real"ın formasını geyinib. Bu müddət ərzində o, 334 matça çıxıb, 15 qol vurub, 20 qolun ötürməsini verib. Pepe "Real"la 3 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə isə İspaniya çempionu olub.

Pepe Portuqaliya millisində 141 oyun keçirib və 8 qol vurub, Avro-2016 və UEFA Millətlər Liqasının (2019) qalibi olub.


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner