"Ludoqorets"in çətin rəqib olduğunu bilirdik. Düşünürəm ki, yaxşı oynadıq. Amma təəssüflər olsun ki, qol buraxdıq".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının 3-cü təsniat mərhələsində "Ludoqorets"ə uduzduqları ilk oyundan (1:2) sonra jurnalistlərə açıqlamasında deyib.
26 yaşlı müdafiəçi səfərdəki cavab oyununda mərhələ adlayacaqlarına inandığını söyləyib: "İlk oyunda şanslarımızdan istifadə edə bilmədik. Lakin bu son deyil. Bolqarıstanda əlimizdən gələni edəcəyik".
O, "Ludoqorets"in "Qarabağ"ı yaxşı analiz etdiyini bildirib: "Əlbəttə ki, bunu gözləyirdik. Artıq bütün Avropada bizi az-çox tanıyırlar. Buna baxmayaraq, çoxsaylı şanslar yarada bildik. Bolqarıstanda imkanlarımızdan yararlanmağa çalışacağıq".
B.Mustafazadə matçdakı hakim qərarlarına da toxunub: "Əlbəttə ki, bütün komanda olaraq hakimin sarı vərəqələr verməsinə etirazımız oldu. Çünki bəzən çox sadə epizodlarda sarı vərəqə göstərirdi. Məsələn, bir epizoddan 2 saniyə əvvəl bizim futbolçumuza qarşı qayda pozuntusu olsa da, oyunu saxlamırdı, amma bizi dərhal dayandırırdı. Lakin bunlar bəhanə deyil. Səhvlərimizdən nəticə çıxaracağıq. Çalışacağıq ki, səfərdə qələbə qazanaq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu