"Qarabağ"ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə Bakıda keçirilən ilk oyunundan sonra jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb: “TOP səviyyədə oyun keçdi. Biz bunu gözləyirdik, buna hazırlaşırdıq. Gələn həftə pley-offa vəsiqə qazanmağa şansımız olacaq. Əlimizdən gələni edəcəyik ki, bu bir həftədə daha yaxşı məşq edək və, inşallah, səfərdən yaxşı nəticə ilə qayıdaq”.
32 yaşlı fransalı vinger oyunda bəxtlərinin gətirmədiyini deyib: “Bu, futboldur. Olanı qəbul etməliyik. Ümid edirəm ki, gələn həftə bəxtimiz daha çox gətirəcək və yaratdığımız fürsətlərdən daha çox qol vura biləcəyik. Bu, bizə növbəti mərhələyə vəsiqə qazanmağa kömək edəcək”.
A.Zubir hakimlik haqda da söz açıb: “Mən hakimlik haqda şərh etməyi sevmirəm. Deyərdim ki, bizə çox yüngül hallarda sarı vərəqə göstərirdi, o biri tərəfə isə daha çox göstərə bilərdi. Belədir, bunu qəbul etməliyik”.
O, səfər qarşılaşmasından gözləntilərini bölüşüb: “İlk hədəf oyunun taleyini 90 dəqiqə ərzində həll etməkdir. Sözsüz ki, oyun əlavə hissəyə və ya penalti zərbələrinə getsək, buna hazır olacağıq”.
A.Zubir öz güclərinə inandıqlarını qeyd edib: “Bilirik ki, bu komandanı keçə bilərik. Bu komanda ilə oynamaq və udmaq olar. Növbəti mərhələyə vəsiqə qazana bilərik”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi