"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə Bakıda keçirilən ilk oyunundan sonra jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, o, “Qarabağ”ın göstərdiyi oyundan razı qaldığını deyib: “Bugünkü matç onu göstərdi ki, rəqib komanda “Qarabağ”ı yaxşı təhlil edib. Mənim üçün əsas odur ki, komandanın içində iradə var. Oyun üstünlüyü “Qarabağ”da idi. Çox fürsətlər oldu. Qismət, bəxt... Bu, futboldur. Nə qədər zərbələr etdik rəqib müdafiəsinin ayağına ilişirdi. Mən deyərdim ki, qapıçıları onlar üçün xilaskar oldu.
Bolqarıstan çempionudur. Avrokuboklar oyunları ağır oyunlardır. Biz heç bir rəqibi özümüzdən kiçik görmürük. Hələ də məsələ qurtarmayıb. İnşallah, mən də komandamla bərabər Bolqarıstanda olacam. Gəlin onlara dəstək verək. Hesab edirəm ki, inşallah, bugünkü oyundan bir az da əla oynasaq, bir az da sürpriz yaratsaq, hər şey yaxşı olacaq. Biz bu gün təcrübə qazandıq. Çalışacağıq, Allahın köməyi ilə, qələbə ilə qayıdaq”.
Klubun prezidenti hədəfin mütləq Çempionlar Liqasının qrup mərhələsi olduğunu vurğulayıb: “Bu gün gördüyünüz əzm Çempionlar Liqasının əzmidir. Biz səfərə ancaq qalibiyyət üçün gedirik”.
Bu mövsüm Azərbaycan çempionatında Roman Qriqorçuk, Kurban Berdıyev kimi yeni məşqçilər var. Bununla bağlı Tahir Gözəl bu il yerli çempionatın daha çətin keçəcəyini düşündüyünü bildirib: “Amma çətin oyunlar bizi bu cür oyunlara daha da gözəl hazırlaşdırır, formalaşdırır. Ona görə çətinliyə baxmayaraq, biz bu cür halları dəstəkləyirik. Biz yerli futbolun inkişafını həmişə dəstəkləyirik. Çünki Avropaya çıxanda bu məharət üçün bizim futbolda təcrübə yığılmalıdır. Bu isə ancaq yerli matçlarda olur”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi