Almaniya millisinin və "Real"ın sabiq yarımmüdafiəçisi Toni Kroos keçmiş komanda yoldaşı Kriştiano Ronaldo və "Barselona"nın sabiq forvardı Lionel Messi haqqında danışıb.
QOL.az xəbər verir ki, 37 yaşlı Messi MLS təmsilçisi "İnter Mayami"də, 39 yaşlı Ronaldo isə Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr"də çıxış edir.
Ötən ay karyerasını başa vuran Toni Kroos Messi və Ronaldonun davamlı olaraq uğur qazanmaq istədiyini deyib:
“Onlar karyeraları boyu uğura aludə olublar. Messi və Ronaldonu dayandırmaq olmaz. Və onlar karyeralarını zirvədə başa vurmaq istəmədilər. Bütün oyunçuların 95 faizi kimi... Ronaldo və Messi futboldan bir az da həzz almağa qərar verdilər. Bu, yaxşı bir yoldur. Amma o da aydındır ki, Kriştianonun işləri heç vaxt "Real"dakı kimi çıxış etmədi. Əminəm ki, o, bunu özü də bilir”.
Qeyd edək ki, 34 yaşlı Kroosun son oyunu Avro-2024-ün 1/4 finalında Almaniya - İspaniya (1:2) matçı olub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi