“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Misli Premyer Liqasının ilk turunda “Araz-Naxçıvan”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Mövsümün açılış oyununda “Araz-Naxçıvan” üzərində qazanılan qələbəni necə şərh edərdiniz?
- Böyükhesablı qələbəyə baxmayaraq, istədiyimiz formada deyilik. Çempionatın əvvəlidir. Yaxşılaşdırmalı olduğumuz detallar var. İnanıram ki, növbəti turlarda daha yaxşı çıxış edəcəyik.
- Artıq çempionat start götürdü və avrokuboklardakı çıxışınızı davam etdirdiyinizi nəzərə alsaq, həftədə iki oyuna çıxacaqsınız. Təqvimin sıxlığı problem yaradacaq, yoxsa “Qarabağ” artıq buna öyrəşib?
- Əslində, sıx qrafikdə oynamaq həmişə çətindir. Amma şükür ki, heyətimiz genişdir. Demək olar ki, iki heyətimiz var. Bu səbəbdən də baş məşqçimiz həm avrokuboklarda, həm də ölkə çempionatında rotasiyalar edir. Ona görə də təqvimin sıxlığı bizim üçün elə bir çətinlik yaratmır.
- Növbəti matç “Lüdoqorets”ə qarşıdır. “Qarabağ” qələbə seriyasını Bolqarıstan çempionu ilə matçda da davam etdirə biləcək?
- Rəqibi analiz edəcəyik, lakin əsas məsələ “Lüdoqorets” yox, özümüzük. Oyun keyfiyyətlərimizi artırmalı, gücümüzə güvənməliyik. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirəcəyik.
- Vaxtı ilə Bolqarıstan çempionatında, “Çerno more”də oynamısınız. Həmin vaxtdakı “Lüdoqorets”lə indiki komanda arasında fərq var?
- 4 il əvvəllə müqayisədə “Lüdoqorets” çox şey dəyişib. İndiki heyətə, oyunçulara yaxından bələd deyiləm. “Çerno more” ilə yoxlama oyunlarına baxmışam. Hiss olunur ki, yaxşı komandadır. Dediyim kimi, bizi “Lüdoqorets”lə iki maraqlı oyun gözləyir.
- Maraqlıdır, 2018-2020-ci illərdə “Çerno more”nin heyətində “Lüdoqorets”lə oyunlarınız necə nəticələnirdi?
- Təəssüf ki, qələbəmiz olmayıb. Ya “Lüdoqorets”ə uduzmuşuq, ya da heç-heçə olub. Amma biz onlara ən çox başağrısı verən komanda olmuşuq.
- Bolqarıstandakı publikanı necə təsvir edə bilərsiniz?
- Ab-hava çox yaxşı olur. “Lüdoqorets”lə matçlar maraqlı keçəcək. Orada çoxlu dostlarım var. Oyunları izləməyə gələcəklər.
- Leandro Andrade də sizinlə birgə “Çerno more”də çıxış edib, “Lüdoqorets” ona da tanış rəqibdir. Maraqlıdır, püşkdən sonra Leandro ilə bunu necə qarşıladınız?
- Leandro ilə köhnə günləri xatırladıq. Hesab edirik ki, Bolqarıstana qayıtmaq maraqlı olacaq. Dostları görəcəyik, ötən günləri yada salacağıq. Bir sözlə, maraqlı olacaq.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə