Yay transfer dövründə “Araz-Naxçıvan”la anlaşan və təxminən 1 illik fasilədən sonra yenidən ölkəmizə dönən Ramon Maçado klubun saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Özünü yeni komandanda necə hiss edirsən?
- Komanda yeni olsa da, Azərbaycan mənə yad ölkə deyil. Əvvəllər də burada oynamışam, iki klubun formasını geyinmişəm. “Araz-Naxçıvan” yeni çağırışdır. Mən də bu dəvəti qəbul etdim, yenidən özümü bu ölkədə sınamaq qərarına gəldim. Ailəm də Azərbaycanı çox sevir. Burada yaşamağımız üçün heç bir problem yoxdur.
- Adaptasiya olmusanmı?
- Bura hazır gəlmişdim. Çünki Malayziya çempionatında çıxış edirdim və mütəmadi oynayırdım. Çempionat oyunları başa çatdıqdan sonra istirahət etmədim, birbaşa komandanın Türkiyədəki düşərgəsinə yollandım, ikinci yoxlama matçında meydana çıxdım. Ona görə uyğunlaşmaq və hazırlıq baxımından hansısa çətinliyim olmadı. Baş məşqçini də tanıyıram, vaxtilə birgə çalışmışıq. Bir neçə futbolcu var, onlarla da başqa komandada çıxış etmişik. Yəni özümü yad hesab etmirəm.
- Bir neçə gündən sonra yeni mövsüm başlayır. “Qarabağ”la qarşılaşmaya komanda hazırdırmı?
- Asan oyun olmayacaq. Rəqib haqda geniş danışmağa ehtiyac yoxdur. Çünki bu komanda illərdir Azərbaycan çempionu olur, avrokuboklarda uğurlu çıxışı ilə seçilir. Heyətlərində keyfiyyətli futbolçular cəmləşib. Amma bizim də əla kollektivimiz var. Yayda komandaya xeyli futbolçu cəlb olunub ki, hər biri kömək edəcək gücdə və səviyyədədir. Maraqlı görüş olacaq. Mövsümün startıdır, uğurlu nəticə qazanmalıyıq. Bunu hər kəs istəyir. Çünki qarşımıza məqsəd qoyulub.
- Avrokuboklara vəsiqə qazanmaq…
- Bunun üçün mübarizə aparacağıq. Düzdür, digər komandaların durumunu bilmirəm. Çünki buradan getdikdən sonra çempionatı izləmək imkanım olmurdu. Oyunlar, saat fərqi və s. mane olurdu. Amma burada olan dostlarımdan ümumi məlumat alırdım. Stadionları görmüşəm, hamısına bələdəm. Təbii ki, bizi asan oyunlar gözləmir. Hər kəs mübarizə aparacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı