"Sabah"ın Konfrans Liqasının ikinci mərhələsində "Makkabi" (Hayfa) üzərində inamlı qələbəsinə (3:0) Serbiya mətbuatı da yer ayırıb.
Bu da təsadüfi deyil. Axı, hazırda "Makkabi"nin baş məşqçisi olan Barak Bahar 2023/24 mövsümünün ilk 6 ayı ərzində Belqradın "Srvena Zvezda" klubunun baş məşqçisi olub.
QOL.az-ın xəbərinə görə, "Makkabi" - "Sabah" oyununa toxunan Serbiyanın "Telegraf" nəşri yazır: "Srvena Zvezda"nın sabiq baş məşqçisi Barak Bahar ev oyununda karyerasının ən acınacaqlı məğlubiyyətlərindən birini yaşadı. Azərbaycanın "Sabah" komandası "Makkabi" Hayfaya 3:0 hesabı ilə ağır məğlubiyyət yaşatmağı bacardı. Bununla onlar böyük ehtimalla "Makkabi"ni avrokuboklardan kənarlaşdırmağa yaxındırlar. Biz "böyük ehtimalla" deyirik. Ona görə ki, Bakıda hələ revanş matçı var. Amma inanmaq çətindir ki, "Sabah" 3 qolluq üstünlüyü əldən versin".

Qəzet daha sonra yazır: "Əgər siz unutmusunuzsa, "Partizan" (Serbiya - red.) ötən mövsüm "Sabah"la Bakıda qarşılaşmış və 0:2 hesabı ilə uduzmuşdu. Cavab oyununda isə "Partizan" penaltilər seriyası sayəsində Azərbaycan komandasını mübarizədən kənarlaşdıra bilmişdi.
Bu gün axşam matçın birinci hissəsində hər şey sakit gedirdi və Barak Baharın komandasının ağır məğlubiyyətə uğrayacağının əlamətləri yox idi. Amma ikinci hissədə, xüsusən onun son 30 dəqiqəsində Azərbaycan komandası ağlasığmaz oyun sərgilədi".
Qeyd edək ki, "Telegraf" bu yazını "Barak Bahar çətinlik qarşısında. "Partizan"ı Avropadan az qala uzaqlaşdıracaq komanda onu (Baharı - red.) heç kimin olmadığı qədər biabır etdi" başlığı ilə verib.
Serbiyanın başqa bir nəşri "Mondo" qəzeti də bu oyuna toxunub. Nəşr yazır ki, Barak Baharın rəhbərliyi altında "Makkabi" Hayfa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2022/23 mövsümündə). Hətta orada "Yuventus"a qalib gələ bilib (2:0).

"Onun komandası indi əvvəlki səviyyədə deyil. Halbuki o vaxtkı heyətdən bir çox oyunçu hələ də bu komandadır".
"Mondo" qeyd edir ki, "Sabah" "Makkabi"ni ağır məğlubiyyətə uğradıb: "Azərbaycan komandası üçüncü mərhələyə yüksəlmək üçün iri addım atdı. İndi onlara yalnız bugün axşamkı nəticəni qoruyub saxlamaq qalır. Əgər İsrail komandası gələn həftə möcuzə yaratmasa, bu, yayda yenidən baş məşqçi vəzifəsinə qayıtmış Baharın rəhbərliyi ilə "Makkabi" üçün ağrıdıcı məğlubiyyət olacaq".
Xatırladaq ki, "Sabah" - "Makkabi" oyunu avqustun 1-də Bakıda keçiriləcək.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı