“Zirə”nin futbolçusu Ceyhun Nuriyev Konfrans Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “DAK 1904”ü 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, o, oyundan əvvəl bu cür hesablı qələbəni gözləmədiklərini bildirib: “Amma matçın gedişatında, birinci qoldan sonra görünürdü ki, daha çox qol vura bilərik. Fasilədə də danışdıq, dayanmadıq. İkinci hissəyə də hücumla başladıq. Rəqibdə yetərincə boşluqlar var idi. Bunu oyunun gedişatında da gördük. Oyundan əvvəl analiz etmişdik. Analiz etdiyimiz kimi də çıxdı. Yəni boşluqları bilirdik, ona görə də rəqibi ordan vurduq. İlk turun yalnız 50 faizini həll etmişik. Qalan 50 faizi hələ Slovakiyadadır. Ehtiyatlı yanaşırıq. Bu futboldur. Hər şey ola bilər. Qətiyyən arxayınlaşmaq olmaz”.
C. Nuriyev bu qələbənin hansısa bir oyunçunun yox, bütün komandanın qələbəsi olduğunu vurğulayıb: “Çünki vurulan qollarda hücum oyunçuların demək olar ki, hamısı iştirak etdi, kimsə qol ötürməsi verdi, kimsə qol vurdu. Müdafiəçi Qismət də qol ötürməsi verdi. Hücumların quruluşunda bütün komanda iştirak etdi. Müdafiədə də çox inamlı idik, ona görə də bu, bütün komandanın qələbəsidir”.
O, “Şerif”ə məğlubiyyətdən sonra toparlanmağın çətin olduğunu qeyd edib: “Etməli olduğumuz ən vacib şey o idi. Çünki psixoloji cəhətdən çox çətin idi. Cavab matçında penalti seriyasına qalıb, son penalti zərbəsindən məğlub olmaq və sonra toparlanmaq çətin bir şeydir. Amma şükür Allaha ki, bunu bacardıq. Ən vacib məqam bu idi”.
23 yaşlı yarımmüdafiəçi qeyd edib ki, 4:0 hesablı qələbə “Zirə”nin hücum futbolu oynaya bilməsinin sübutudur: “Keçən mövsüm mənim yadıma gəlir ki, bir ara “qara zolağa” düşmüşdük, çox qol vura bilmirdik. O vaxtlarda belə çox yaxşı hücumlar edirdik, qol epizodlarımız çox idi. Şanssızlıq olurdu sadəcə. Şükür ki, "DAK 1904"lə oyunda o şanssızlıq olmadı”.
C. Nuriyev “Zirə”nin qırmızı vərəqə “problemindən” də danışıb: “Şerif”lə oyunda olan hadisə bizim hamımıza dərs oldu. Təkcə Salifuya yox. Hamımız üçün dərs oldu ki, hirslərimizi, emosiyalarımızı cilovlamalıyıq və sadəcə futbol oynamalıyıq. Bu, üzərində xüsusilə işləniləcək bir məsələ deyil. Bu, bir səhvdir. Salifu özü də bilir. Hamı bu cür məqamlardan dərs çıxarır. Bunun üzərində xüsusilə işləmək lazım deyil. Sadəcə daha çox futbola konsentrasiya olmalıyıq. Bu gün bütün fikrimiz oyunda olduğu üçün belə bir hal baş vermədi”.
O, “Zirə”nin qrupa düşməyə potensialı olduğunu qeyd edib: “Hədəf tamamilə Konfrans Liqasının qrupudur. Sadəcə oyun oynamaq üçün gəlməmişik, hədəfimiz konkret olaraq qruplardır”.
Azərbaycan millisinin futbolçusu “Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə qələbəsini də şərh edib: “Açığı, “Sabah”ın qələbəsini gözləmirdim. “Makkabi”ni çox güclü komanda olaraq tanıyıram. "Sabah"ı təbrik edirəm”.
O, azarkeşlərin “Şerif”lə oyunda müqayisədə daha az olduğundan danışıb: “Yəqin, ikinci oyun olduğuna görədir. Bəlkə də, məğlubiyyətdən sonra bəzi azarkeşlər üz döndəriblər. Ola bilər ki, yarısı Sumqayıta gedib. Bu gün ölkəmizdə 2 Azərbaycan klubu oynayırdı. Ona görə yarısının ora getdiyini düşünsək, normal haldır”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video