“Oyuna yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra sistem dəyişdi. Səbuhi Abdullazadə keçdi arxaya. Daha çox müdafiəni düşündük. Bəsit qollar buraxdıq və uduzduq”.
QOL.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov deyib.
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında “Sumqayıt” öz meydanında Macarıstan “Fehervar”ına 1:2 hesabı ilə uduzub. Doğma meydandakı yenilgiyə baxmayaraq, 26 yaşlı futbolçu cavab oyunu üçün ümidlidir: “Təslim olmaq olmaz. Qarşıda bizi cavab oyunu gözləyir. Səfərdə işimiz çətin olsa da, sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayan tərəf biz olaq”.
R.Muradov hakimlərin idarəçiliyindən narazılıq edib: “Hakim səhvlərə yol verirdi. 90 dəqiqə ərzində bəzi qərarları əleyhimizə idi. Halbuki müəyyən epizodlarda fərqli qərarlar qəbul etmək olardı. Bəzi sarı vərəqələri də boş-boşuna göstərdi. Təkbətək mübarizələrdə, yaxud bəzən adicə aut atışlarında yanlışlığa yol verirdi. Bu da istər-istəməz bizi aqressivləşdirirdi”.
O, yeni transferlərlə anlaşmada hər hansı problem yaşamadıqlarını qeyd edib: “Slavişa Radoviç, Fernando Medeiros, Rəhim Sadıxov və Nikola Vujnoviç ilk dəfə idi rəsmi matçda bizimlə birgə meydana çıxmışdılar. Buna baxmayaraq, anlaşma çox yaxşı idi. Amma mən oyunları barədə nəsə deyə bilmərəm. Bu barədə baş məşqçi danışsa, daha yaxşı olar”.
“Sumqayıt”ın yarımmüdafiəçisi rəqibin onları heç nə ilə təəccübləndirmədiyini vurğulayıb: “Deməzdim ki, rəqib bizi nə iləsə təəccbüləndirdi. Necə düşünürdüksə, elə də oynadılar. “Fehervar”dan heç də zəif deyilik. Sadəcə qırmızı vərəqə bütün planlarımızı pozdu. Tam heyətlə mübarizə aparsaydıq, hesab başqa cür olardı”.
Rövlan Muradov bildirib ki, cavab görüşündə vəziyyəti dəyişməyə çalışacaqlar: “Oyundan dərhal sonra paltardəyişmə otağında məşqçilər heyəti ilə cavab görüşü barədə qısaca söhbətimiz oldu. Onlar da bildirdilər ki, təslim olmaq olmaz. Qarşıda cavab oyunu var. İndidən təslim olacağıqsa, heç səfərə getməyə dəyməz. Mübarizəmizi sonadək aparacağıq. Düşünürəm ki, şansımız var”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video