“Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyevin QOL.az saytına müsahibəsi
- UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “DAK 1904” klubunu 4:0 hesabı ilə məğlub etdiniz. Böyükhesablı qələbəni necə şərh edərdiniz?
- 4:0 hesabı ilə qalib gəldik. Nəticədən razıyıq. Qalib gəldiyimiz üçün sevinirik.
- Hesab arasındakı fərqin böyük olmasını gözlənilməz saymaq mümkündür?
- Hesab arasındakı fərqin bu cür böyük olacağını gözləmirdik. Çünki bilirdik ki, rəqib yaxşı komandadır. Bu hesaba baxmayaraq, Slovakiya təmsilçisinin zəif olduğunu düşünmürəm.
- UEFA Avropa Liqasında penaltilər seriyasında “Şerif”ə uduzduqdan sonra psixoloji cəhətdən “DAK 1904”lə matça hazırlaşmaq nə dərəcədə çətin idi?
- İlk 2-3 gün bütün komanda məyus idi. Lakin sonradan toparlanmağa başladıq. Anlayırdıq ki, bu dəfə daha yaxşı oynamalıyıq. Şadam ki, bunu bacardıq. İstəyimizə çatdıq və gözəl qələbə qazandıq.
- Bu qələbədə hansı amil həlledici oldu?
- Düşünürəm ki, yaxaladığımız qol şanslarını dəyərləndirməyimiz həlledici oldu. Əslində, biz əvvəlki matçlarda da çox qol epizodu yaradırdıq. Lakin onlardan yararlana bilmirdik. Bu dəfə isə ön xətdə daha dəqiq oynadıq.
- Bu nəticə cavab oyunu öncəsi komandada arxayınlıq yaratmayacaq?
- Oyun baxımından rəqib heç də zəif deyil. Gördüyünüz kimi, ikinci hissədə dəyişikliklərlə topa nəzarəti ələ keçirdilər, daha çox hücum etməyə çalışdılar. Bu da o deməkdir ki, bizi səfərdə çox çətin oyun gözləyir. Hər hansı arxayınlıqdan söhbət gedə bilməz. 4:0 hesabı ilə qalib gəlsək də, bu, bizə mərhələ adlamaq üçün 100 faiz təminat vermir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video