"Rahat qələbə olmadı. Oyunçularda yorğunçuluq var idi. Birinci 20 dəqiqəni yaxşı oynaya bilmədik".
QOL.az xəbər verir ki, bu sözləri "Fehervar"ın baş məşqçisi Tamaş Peto Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sumqayıt”la ilk oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib. Mütəxəssis komandasının daha çox qol vurmağa qadir olduğunu söyləyib:
"İlk 20 dəqiqədən sonra oyuna ciddi yanaşa bildik və nəticə göz qabağındadır. Qırmızı vərəqədən sonra oyuna necə yanaşmalı olduğumuzu bildik və bunun nəticəsində qələbə qazandıq. Çox qol vura bilərdik. İlk hissədə də qaçırdığımız epizodlar oldu".
O. “Sumqayıt”ın azlıqda qalmasının ""Fehervar"ın oyununa təsirindən də danışıb: "Qırmızı vərəqədən sonra çalışdıq ki, rəqibin bizi əks-hücumda yaxalamasına imkan verməyək. Çətinlik çəkdik. “Sumqayıt”ın irəli xəttdəki oyunçuları təhlükəli idi. Diqqətli oynamağa çalışdıq".
Baş məşqçi "Cütün taleyinin həll olunduğunu düşünmək olar" sualını belə cavablandırıb: "Düşünmürük ki, cavab oyunu asan olacaq. “Sumqayıt” yaxşı komandadır, diqqətli olmağa çalışacağıq".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu