Fransalı yarımmüdafiəçi Mussa Diabi İngiltərənin "Aston Villa" klubundan Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib.
QOL.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) “Əl-İttihad” məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu üçün müxtəlif bonuslar nəzərə alınmaqla İngiltərə klubuna 60 milyon avro ödəyəcək. Qeyd olunub ki, oyunçu Səudiyyə klubu ilə 5 illik müqaviləyə razılaşıb.
25 yaşlı Mussa Diabi daha əvvəl "Bayer", "Krotone" və PSJ-də çıxış edib.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?