UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, İngiltərənin iki klubu - “Çelsi” və “Mançester Yunayted” üz-üzə gəlib.
Premyer Liqada da əzəli rəqib olan bu 2 komandanın dueli böyük maraq doğururdu. "Çelsi" bu dəfə "Mançester Yunayted"dən qisas almağa çalışsa da, buna nail ola bilməyib. O qədər də maraqlı keçməyən qarşılaşmada Ueyn Runinin vurduğu yeganə qol "qırmızı şeytanlar"a qələbə qazandırıb.
İspaniyanın digər nəhəngi "Barselona" isə Ukrayna "Şaxtyor"unu sınağa çəkib. Həmişə olduğu kimi "Barselona" bu görüşün də favoriti sayılırdı. Kataloniyalılar elə ilk görüşdəcə cütün taleyini həll ediblər. "Şaxtyor" elə 2-ci dəqiqədə qapısından ilk topu buraxıb. "Şaxtyor" qapısında daha 2 qol gördükdən sonra fərqi azalda bilib. Lakin heç bir dəqiqə keçməmiş "Barsa" 4-cü, oyunun son dəqiqələrində isə 5-ci qolu vurub. Bununla da kataloniyalılar əzəli rəqibi "Real" kimi, ilk görüşdəcə 4 top fərqi ilə qalib gələrək, yarımfinala vəsiqəni böyük ölçüdə təmin edib.
Dünən isə 2 oyunla 1/4 final mərhələsinə start verilib. İspaniyada keçirilmiş matçda bütün diqqətlər "İnter"lə ÇL-in son qalibi Joze Mourinyonun hazırki komandası "Real"a yönəlib. Dünənki oyunda "Real" ümidləri doğrultsa da, "İnter" öz meydanında "Şalke 04"ə 2:5 hesabı ilə uduzmaqla sensasiyaya səbəb olub.
"Real" 1/8 finalda "Milan"ı mübarizədən kənarlaşdırmış "Tottenhem"ə əsl futbol dərsi keçib. Matçın əvvəlində Emmanuel Adebayorun hesabı açmasından az sonra "kral klubu" say üstünlüyü də əldə edib. Piter Krauç meydançadan qovulub. Fasilədən sonra madridlilər daha 3 qol vurublar. Bununla da "Real" "Tottenhem"ə 4 cavabsız qolla qalib gələrək, yarımfinala vəsiqəni böyük ölçüdə təmin edib.
"Şalke 04"ün də mərhələ adlayacağı artıq heç kimdə şübhə doğurmur. Baxmayaraq ki, "İnter"lə səfər matçı öncəsi bunu heç kim ağlına gətirməzdi. 1/8 final mərhələsində "Bavariya"nı mübarizədən kənarlaşdırmış Çempionlar Liqasının son qalibi "Şalke 04"lə matça da fəal başlayıb. Hələ 1-ci dəqiqədə hesabı açan milanlılar ilk yarıdan heç-heçə ilə ayrılıblar - 2:2. Lakin fasilədən sonra "Şalke 04" 3 qol vurub. Bununla da qonaqlar 5:2 hesablı darmadağınla mərhələ şanslarını xeyli yüksəldiblər.
1/4 final mərhələsi
6 aprel
23:45. "Barselona" (İspaniya) - "Şaxtyor" (Ukrayna) - 5:1
Qollar: Andres İnyesta, 2 (1:0). Daniel Alves, 34 (2:0). Xerard Pike, 53 (3:0). Yaroslav Rakitski, 59 (3:1), Seydu Keyta, 60 (4:1). Xavi Ernandes, 86 (5:1)
"Barselona: 1. Viktor Valdes, 2. Daniel Alves, 3. Xerard Pike, 6. Xavi Ernandes, 7. David Vilya, 8. Andres İnyesta, 10. Lionel Messi, 14. Xavyer Maskerano, 15. Seydu Keyta, 16. Serxio Buskets, 21. Adriano
"Şaxtyor": 30. Andrey Pyatov, 3. Tomas Hübşman, 8. Jadson, 9. Luis Adriano, 10. Villian, 20. Duqlas Kosta, 22. Henrik Mxitaryan, 26. Razvan Rats, 32. Mikola İşenko, 33. Dario Srna, 44. Yaroslav Rakitski
23:45. "Çelsi" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə) - 0:1
Qol: Ueyn Runi, 24 (0:1)
"Çelsi": 1. Petr Çex, 2. Branislav İvanoviç, 3. Eşli Koul, 5. Mikael Essyen, 7. Ramires, 8. Frenk Lempard, 9. Fernando Torres, 11. Didye Droqba, 17. Joze Bosinqva, 18. Yuri Jirkov, 26. Con Terri
"Mançester Yunayted": 1. Edvin van der Sar, 3. Patris Evra, 5. Rio Ferdinand, 10. Ueyn Runi, 11. Rayan Giqqz, 13. Park Çji Sun, 14. Xavyer Ernandes, 15. Nemanya Vidiç, 16. Maykl Kerrik, 21. Rafael de Silva, 25. Luis Antonio Valensiya
5 aprel
23:45. "İnter" (İtaliya) – "Şalke 04" (Almaniya) - 2:5
Qollar: Deyan Stankoviç, 1 (1:0). Joel Matip, 17 (1:1). Qabriel Milito, 34 (2:1). Edu, 40 (2:2). Raul, 53 (2:3). Andrea Ranokkiya, 57-avt. (2:4). Edu, 75 (2:5)
Qırmızı vərəqə: Kristian Kivu, 62 ("İnter")
23:45. "Real" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 4:0
Qollar: Emmanuel Adebayor, 4 (1:0). Emmanuel Adebayor, 57 (2:0). Anxel Di Mariya, 72 (3:0). Kriştianu Ronaldu, 87 (4:0)
Qırmızı vərəqə: Piter Krauç, 15 ("Tottenhem")
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi