“Qarabağ”ın hazırkı avrokubok mövsümündə uğurlu çıxışı davam etsə də, 2026/27 mövsümündə Avropada iştirak etməyi planlaşdıran Azərbaycan klubları üçün xoş olmayan bir xəbər var.
QOL.az haqqin.az saytına istinadla xəbər verir ki, bu xəbər ölkəmizin UEFA reytinqində tutduğu mövqe ilə bağlıdır.
Hələ ötən ilin mart ayında məlum olmuşdu ki, Azərbaycanın 2024/25 mövsümünün yekunlarına əsasən UEFA reytinqində son 11 ilin ən aşağı – 30-cu yeri tutması gec-tez öz təsirini göstərəcək. Bu da məhz 2026-cı ildə baş verir. UEFA-nın gələn yay üçün açıqladığı siyahıya əsasən, Azərbaycan avrokuboklarda start mövqelərindən birini itirib.
Əvvəllər Azərbaycan klubları UEFA Konfrans Liqasında mübarizəyə həmişə 2-ci təsnifat mərhələsindən başlayırdısa, 2026/27 mövsümündə iki təmsilçimizdən biri artıq 1-ci təsnifat mərhələsindən çıxış etməli olacaq. Bu isə Premyer Liqada 3-cü və ya 4-cü yeri tutan komandaya (əgər ölkə kubokunu ilk üçlükdə qərarlaşan klub qazanarsa) aid olacaq.
Hazırda ehtimallara görə, Konfrans Liqasında 1-ci mərhələdən başlamaq “Zirə”nin payına düşə bilər. Düzdür, UEFA-nın start mərhələləri ilə bağlı müəyyən dəyişikliklər etməsi ehtimalı hələ də qalır, lakin bunun baş vermə ehtimalı olduqca aşağıdır. Məsələn, ötən yay reytinqdə 30-cu pillədə olan Sloveniya üçün heç bir dəyişiklik edilməmiş və həmin ölkənin klublarından biri Konfrans Liqasında mübarizəyə 1-ci mərhələdən başlamışdı.
Hazırda Azərbaycanla bağlı başqa dəyişiklik yoxdur.
Xatırladaq ki, Azərbaycan çempionu normalda Çempionlar Liqasına 1-ci təsnifat mərhələsindən start verməlidir. Lakin son iki mövsümdə “Qarabağ” yüksək şəxsi reytinqi və turnirin qalibinin artıq ÇL-ə vəsiqə qazanması səbəbindən bu mərhələni buraxmışdı. Bu ssenari bu dəfə də təkrarlana bilər. Amma çempion indiki lider “Sabah” olacağı təqdirdə, paytaxt klubu mübarizəyə 1-ci mərhələdən başlamalı olacaq.
Azərbaycan kubokunun qalibi Avropa Liqasında 1-ci təsnifat mərhələsindən çıxış edəcək. Əgər çempionluğu və kuboku eyni komanda qazanarsa, Avropa Liqasına Premyer Liqada 2-ci yeri tutan klub vəsiqə əldə edəcək.
Konfrans Liqasında isə, qeyd edildiyi kimi, iki təmsilçimiz olacaq. Bu, ölkə kubokunun nəticəsindən asılı olaraq ya çempionatın 2-ci və 3-cü, ya da 3-cü və 4-cü pilləsində qərarlaşan komandalar olacaq.
Hazırda Premyer Liqada 1-ci yerdə “Sabah,”, 2-ci pillədə “Qarabağ”, 3-cü yerdə “Zirə”, 4-cü pillədə isə “Turan Tovuz” qərarlaşıb. Lakin çempionatın hələ təxminən yarısı qarşıdadır.
Sevindirici məqam yalnız ondan ibarətdir ki, Konfrans Liqasındakı bu geriləmə müvəqqətidir. Çünki cari mövsümün yekununda Azərbaycan UEFA reytinqində yenidən ilk 30-a qədərki pillələrdən birində yer alacaq (hazırkı mövqe 27-ci yer). Bu isə o deməkdir ki, Azərbaycan 2027/28 mövsümündə Konfrans Liqasına daha üstün mövqedən başlayacaq.
“Roma” onu icarəyə verdi
"Neftçi"nin "Zirə" ilə heç-heçəsindən - Video
"Arsenal"dan "Marsel"ə
"Vəziyyət pisə doğru gedir" - Rəşad Sadıqov
Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident
"Sumqayıt" Ukrayna klubunun futbolçusunu transfer etdi
Kloppdan "Real"a şərt
Qvardiola etiraf etdi
Səudiyyə Ərəbistanı klubları 50 ulduz futbolçunu hədəf aldı
Rövşən Nəcəf FİFA prezidenti ilə görüşdü - Şəkillər
Azərbaycan çempionatında ikinci günün döyüşləri başa çatdı
İlin ilk oyununda vurulan qollar - Video
"Nəticəyə görə ruhdan düşmüşük" - Jorj Kaşkilya
"Neftçi" - "Zirə": Heyətlər
Avropa Liqasında rekordları fəth edir
15 illik "Arsenal" macərası başa çatır
"DH Volley"dən Yüksək Liqada növbəti qələbə
AFFA-dan uşaq futbolu ilə bağlı yenilik
"Karvan-Yevlax" baş məşqçi təyinatını açıqladı
Yuri Vernidub hansı futbolçuları TOP-5 liqada görür?
Güləş Federasiyasının rəhbərliyi Qarabağa səfər edib
"İmişli" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Çempionlar Liqasında "Qarabağ"ı da gözləyən xaotik gün
Əliyar Ağayev Avroliqa oyununu idarə etdi
Luçeskunun səhhətində ciddi problemlər var
"Fənərbaxça"dan Fransa klubuna - Rəsmi
Məşhur rus futbol adamının “Qarabağ” etirafı
"Fənərbaxça"nın "Aston Villa"ya məğlubiyyəti - Video
"Tottenhem" "Santos"dan futbolçu aldı
Avropa Liqasında pley-off şansını itirən 6 komanda
Avroliqada 1/8 finala və pley-offa vəsiqəni təmin edənlər
"Fənərbaxça" uduzdu, "Roma"dan qələbə
Avroliqa oyununda iğtişaş: Matç 50 dəqiqə gec başladı