"Nəticəyə görə ruhdan düşmüşük. Çünki yaxşı oyun nümayiş etdirdik. Nəticə fərqli olmalı idi. Oyun çox çətin keçdi".
QOL.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 17-ci turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bu gün komandasının qələbəyə daha yaxın olduğunu söyləyib: "Araz-Naxçıvan"ın yeni baş məşqçisi olduğu üçün komanda çox motivasiyalı idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Rəqib güclü komandadır, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Oyun bərabər şəraitdə keçdi. Hər iki komanda mübarizə aparırdı. 4 standart vəziyyətdən qol vuruldu. Əlavə olunmuş dəqiqələrdə qol buraxmaq üzücüdür. Biz bu gün qələbəyə daha yaxın idik.
O, Bəzi klublara heyətə düşməyən futbolçuları icarəyə götürməklə bağlı müraciət etdiyiniz və mənfi cavab aldığınız deyilir. Nəyə görə belə alındı" sualını cavablandırıb: "Qış transfer pəncərəsində oyunçu gətirmək çox çətindir. Bu çətinliklərə görə futbolçu transfer edə bilmədik".
J.Kaşkilya Dioqo Almeydanın adının "Turan Tovuz"la hallanmasına da toxunub: "Bu sual klub rəhbərliyinə verilməlidir. Biz məşqçi olaraq əlimizdə olan futbolçularla işləməliyik. Almeyda hazırda bizim oyunçumuzdur".
Baş məşqçi hakimliklə bağlı fikirlərini də bölüşüb. O, 2:1 öndə olarkən penalti gözlədikləri epizod haqda bunları deyib: "Penaltiyə oxşayırdı. Amma epizodun təkrarı verilmədi. Ona görə də dəqiq cavab verə bilmərəm".
Mütəxəssis sonda "Son illər Portuqaliyanın 2-ci liqasından Azərbaycana gələn futbolçular burada uğurlu olur. Siz bir portuqaliyalı olaraq növbəti mövsüm üçün "İmişli"yə ölkəmizdən oyunçu gətirməyi planlaşdırırsınız" sualına cavab verib: "Hazırda o barədə düşünməyin yeri yoxdur. Çünki bizim əsas məqsədimiz bu mövsümün sonuna qədər nəticələr qazanmaqdır. Hər şey büdcədən asılı olacaq. Portuqaliyada maaş daha yüksəkdir. Gələcəkdə bu barədə düşünəcəyik".
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə
Futzal millimiz Çexiyaya uduzdu
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi