Azərbaycanın basketbol millisi Avropa çempionatının yarımfinalında

Azərbaycanın basketbol millisi Avropa çempionatının yarımfinalında
XƏBƏR 24 İyul 2024 / 21:44 1495
-  A +

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxıb.

QOL.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşıb.

Qarşılaşma yığmamızın 74:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qalibiyyət Azərbaycan millisini Avropa çempionatının yarımfinalına daşıyıb.

Qeyd edək ki, ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner