Azərbaycana daha bir legioner gəldi

Azərbaycana daha bir legioner gəldi
XƏBƏR 23 İyul 2024 / 10:46 5059
-  A +

“Araz-Naxçıvan” futzal klubu braziliyalı Giovanni Valerionu transfer edib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, cinah oyunçusu qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Korintians”, “Jaraqua”, “Marreko” və “Santo Andre” komandalarının da formasını geyinib. 

Qeyd edək ki, braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), İlham Alıyev (U-19) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner