“Neftçi” Futbol Akademiyasının məşqçisi İslam Kərimov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub.
QOL.az klubun saytına istinadən xəbər verir ki, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan Azərbaycan Respublikasının Əməkdar məşqçisi bununla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:
“Mən könüllü olaraq 1992-1993-cü illərdə Qarabağda – Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun dəstəsində döyüşmüşəm. Həmin 1 il ərzində dəfələrlə ağır döyüşlərdə iştirak etmişəm. Buna görə də dövlətimiz tərəfindən mükafatlandırılmışam. “Qarabağ müharibə veteranı” və “Milli Ordu-100” medalları ilə təltif olunmuşam. 26 İyul – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə isə qərara gəldilər ki, məni “Böyük Zəfər” medalı ilə də təltif etsinlər və elə bu gün təltif olundum. Bu mənim üçün qürur hissidir. Çünki bir vətəndaş kimi cəmiyyətdə böyük rol oynamışam. Həm də “Neftçi” klubunu təmsil etdiyim üçün fəxr edirəm. Bu zəfərə görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Artıq bizim torpaqlarımız azad olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ona görə də mən bu gün bu medalı böyük qürur hissi ilə gəzdirirəm.

Bildiyiniz kimi, 1992-ci ilin yanvarından indiyə kimi qısa fasilələrlə “Neftçi”də çalışıram, 3 il Azərbaycan U-17 milli komandasının baş məşqçisi olmuşam. “Neftçi” mənim həyatımdır. Burada mənə verilən dəyərə görə klub rəhbərliyinə, “Neftçi” camiəsinə təşəkkür edirəm. Bu medal nəinki mənə, “Neftçi” klubuna da verilən dəyərdir. Çünki mən müharibəyə “Neftçi”nin işçisi kimi getmişdim. Avtomatımın üzərində də “Neftçi” Futbol Klubu” yazılmışdı”.
Qeyd edək ki, AFFA-nın bayrağı altında keçirilmiş yarışlarda 10 dəfə qızıl, 9 dəfə gümüş, 8 dəfə bürünc medallara layiq görülmüş mütəxəssis Bakı birinciliyinin səkkizqat, “Sabahın ulduzları”nın isə beşqat qalibidir. 2002-ci ildə U-17 milli komandası ilə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış Kərimov 2005-ci ildə “Neftçi”nin U-15 komandası ilə İtaliyada, U-12 komandası ilə Gürcüstanda, 2007-ci ildə “Neftçi”nin U-17 komandası ilə İzmirdə keçirilmiş beynəlxalq turnirlərin qalibi olub. Azərbaycanda ilk dəfə 6 yaşlı futbolçuların layihəsini də məhz 2017-ci ildə “Neftçi”nin məşqçisi İslam Kərimov təşkil edib. Premyer Liqaya ən çox futbolçu bəxş etmiş məşqçi kimi 2017-ci ildə PFL-in “Fəxri fərman”ı ilə mükafatlandırılıb. Təcrübəli mütəxəssis müharibə veteranı kimi prezident təqaüdçüsüdür.
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı
Messi Zambiyaya qarşı meydana çıxacaq
Arteta London klubunda qalacaq
"Yuventus" "Mançester Yunayted"in futbolçusuna göz dikdi
PSJ, "Bavariya", yoxsa Səudiyyə Ərəbistanı?
"Sumqayıt"ın Ronaldosu millidə növbəti matçına çıxdı
Azərbaycan millisinin Syerra Leone ilə oyun üçün heyəti
2-ci liqada fantastik hesab - 14:0!
“Mançester Yunayted” Tonali ilə danışıqlara başladı
Azərbaycanın U-17 millisi sonuncu oyununda da heç-heçə etdi
"Qarabağ" uşaqlara da jest etdi
UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı
Tudor ən tez qovulan məşqçilər siyahısında
“Normal nəfəs ala bilmədiyimi başa düşdüm” - Luçesku
"Tottenhem"in yeni baş məşqçisi o olacaq
“Syerra Leone zəif rəqib deyil” – Rauf Əliyev
İran FİFA-ya müraciət etdi
Lukaku "Napoli"dən gedir
Azərbaycan – Syerra Leone matçının hakimləri açıqlandı
UEFA-dan Janna d’Ark cəzası! - Video
Bu mövsüm “Qarabağ”a uduzmuşdular - Baş məşqçini göndərdilər
Cermeyn Defo baş məşqçi təyin olundu
Mbappe azarkeşi mühafizəçinin əlindən aldı - Şəkillər
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Millimizin rəqibi “FİFA Series”in qalibi ola bilmədi
Kolumbiya - Fransa matçında 4 qol
"Şamaxı”nın legioneri darmadağında iştirak etdi
“Quba”dan səfər qələbəsi - Video
Litva Gürcüstana məğlub oldu
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək