Fransa millisinin üzvü "Əl-İttihad"da

Fransa millisinin üzvü "Əl-İttihad"da
XƏBƏR 22 İyul 2024 / 09:28 2542
-  A +

Fransa millisinin və “Aston Villa”nın yarımmüdafiəçisi Mussa Diabi karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb. 

“Əl-İttihad” transfer üçün artıq “Aston Villa” ilə anlaşıb. Səudiyyə Ərəbistanı təmsilçisi Diabiyə görə "Aston Villa"ya 60 milyon avro + bonuslar ödəyəcək. Futbolçunun özü isə "Əl-İttihad"la 5 illik müqavilə imzalamağa razılıq verib.

Mussa Diabi əvvəllər "Bayer", "Krotone" və PSJ-də çıxış edib. Keçən mövsüm Premyer Liqada 38 matçın hamısında iştirak edib, 6 qol vurub və 8 qolun ötürməsini verib.


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner