"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki hazırlıq prosesi çərçivəsində "Alanyaspor"a qarşı keçirdikləri yoxlama matçı (1:1) haqqnda fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının istəkli oynamağının onu sevindirdiyini bunları deyib:
“Ümumi hazırlıq fonunda ilk oyunumuz idi. Komanda əsasən ikinci hissədə daha yaxşı çıxış etdi. Çalışdılar verilən tapşırıqları yerinə yetirsinlər. Buna nə dərəcədə nail olduqlarını faizlə deməyim düzgün olmaz, amma meydanda istəkli olmaları, mübarizədən qopmamaları bizi sevindirməyə bilməzdi.
Yeni transferləri meydanda az müddətə də olsa, görə bildik. Onların bəzisi komandaya Türkiyədə qoşulduğuna görə, demək olar, komandadan ayrı məşq edirdilər. Son 2 məşqdə kollektivə qoşuldular. Buna görə də meydana sonradan daxil oldular.
Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Məqsədimiz komandanın hərəkətliliyini artırmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və oyun təcrübəsi qazanmaqdır”.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünün püşkü haqda isə bunları deyib: “İndiki məqamda püşkü düşünmürük. Bu dövrdə məqsəd komandanı daha yaxşı hazırlamaq, heyəti komplektləşdirmək və rəsmi matçlara hazır çıxmaqdır”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”