İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən getməsi haqqında dannışıb.
QOL.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu gün istefa verib. O, qərarını belə şərh edib:
“Qürurlu bir ingiltərəli kimi İngiltərədə oynamaq və məşqçilik etmək mənim üçün şərəfdir. Mən komandamıza hər şeyimi verdim. Ancaq dəyişikliyin və yeni bir səhifə açmağın vaxtıdır. Bazar günü Berlində İspaniyaya qarşı keçirilən Avro-2024-ün finalı mənim İngiltərə yığmasının baş məşqçisi kimi son oyunum oldu.
102 matçda böyük bir oyunçu qrupuna rəhbərlik etmək şərəfinə nail oldum. Onların hər biri millinin formasını fəxrlə geyinib. Almaniyaya apardığımız komanda gənc istedadlarla zəngin idi. Hər şey üçün sənə təşəkkür edirəm, İngiltərə".
Qeyd edək ki, Sautqeyt 2016-cı ildən İngiltərə milllisinin baş məşqçisi idi. Komanda bu müddət ərzində ümumilikdə 102 matç keçirib. Yığma Avro-2020-nin və Avro-2024-ün finallarında iştirak etsə də, hər iki həllediçi matçda uduzub və çempionluğu əldən verib. İngiltərə millisi Avro-2020-də İtaliyaya, Avro-2024-ün finalında isə İspaniyaya məğlub olub.
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı