UEFA Çempionlar Liqasından ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarını davam etdirir.
QOL.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, “qırmızı-ağlar” serb futzalçı Lazar Milosavljeviçlə anlaşıb. Serbiya millisinin də üzvü olan oyunçu ötən mövsüm Xorvatiya “Crnica”sında çıxış edib.
Futzalçı “Araz-Naxçıvan” və baş məşqçi Vitali Borisov üçün yad sima deyil. O, ötən ilk UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsi zamanı icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinib. “İstanbul Şişli” ilə matçda qol vuran futzalçı “Riqa” ilə dueldə qırmızı vərəqə alaraq meydanı erkən tərk edib.
Qeyd edək ki, braziliyalı Kadinyonu transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?