Böyük Britaniya kralı III Çarlz məşhur britaniyalı aktyor İdris Elba ilə birlikdə sabah Avro-2024-ün İspaniya ilə final matçından əvvəl İngiltərə yığmasına dəstək məqsədilə keçirilən tədbirdə iştirak edib.
QOL.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Onlar Müqəddəs Ceyms Sarayının ərazisində olarkən İngiltərə millisinin formaları ilə fotolar çəkdiriblər.
Bundan əvvəl III Çarlz Niderland ilə yarımfinal oyununda 2:1 hesablı qələbədən sonra İngiltərə millisini təbrik etmişdi.
Xatırladaq ki, Avro-2024-ün finalı Berlindəki “Olimpiastadion”da keçiriləcək. Qarşılaşmanın baş hakimi Fransua Leteksier olacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?