"Zirə" bu gün Avropa Liqasının 2024/25 mövsümündə mübarizəyə başlayacaq. Rəşad Sadıqovun baş məşqçilik etdiyi komanda 1-ci təsnifat mərhələsinin ilk oyununda Moldova "Şerif"i ilə üz-üzə gələcək.
Futbol mütəxəssisi Bəxtiyar Musayev bu görüşlə bağlı QOL.az saytına açıqlama verib. Matçdan gözləntilərini bölüşən B.Musayev "Zirə"yə uğurlar arzulayıb:
"Avrokuboklarda çıxış edəcək hər bir komandamıza uğurlar arzu edirəm. İlk olaraq "Zirə" mübarizəyə başlayır. İnanıram ki, komandamız bugünkü matçda layiqli mübarizə aparacaq. "Şerif" illərin təcrübəsidir. Neçə ildir ki, avrokuboklarda çıxış edirlər. Amma ötən il bir az eniş yaşadılar. İndi isə fərqli heyətə malikdirlər. "Şerif"in Avropa təcrübəsi var. Ona görə də bu oyunlar "Zirə" üçün asan olmayacaq. Rəşad Sadıqov komandanı yaxşı hazırlayıb. Məncə, "Zirə" bu gün "Şerif"in güclü və zəif tərəflərini görəcək, cavab oyununa fərqli tərzdə çıxacaq. "Zirə"yə uğurlar arzulayıram. Ümid edirəm ki, mərhələni adlayan tərəf "Zirə" olacaq. Amma "Şerif" də beynəlxalq təcrübəyə malik klubdur. Ona görə də asan olmayacaq".
Qeyd edək ki, "Şerif" - "Zirə " matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü iyulun 18-də Bakıda keçiriləcək.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu