“Qəbələ”nin hazırlıq planı müəyyənləşdi

“Qəbələ”nin hazırlıq planı müəyyənləşdi
XƏBƏR 11 İyul 2024 / 12:36 1744
-  A +

“Qəbələ”nin 2024-2025-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Bu görüşlərdəki rəqiblər və matçların tarixi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 1-ci liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.


Son xəbərlər
26.03.25  13:58

"Real"a "hə" dedi