Azərbaycan Basketbol Federasiyasının (ABF) rəyasət heyətinin qəbul etdiyi qərara əsasən, türkiyəli basketbol meneceri Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.
QOL.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla iki illik müqavilə imzalanıb. Sözləşməyə əsasən, o, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastrukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh olacaq.
Mütəxəssis 2021 - 2023-cü illər mövsümündə “Qalatasaray” basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, T.Zeytingöz 2011 - 2017-ci illər mövsümündə Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində işləyib. Həmin dönəmdə bir dəfə Avropa çempionluğu, iki dəfə isə Avropa üçüncülüyü mükafatlarını qazanıblar. O, həm də 2010-cu ildən etibarən “Banvit” basketbol klubunda da idman direktoru olaraq fəaliyyətini davam etdirib. “Banvit”də işlədiyi 10 il müddətində Türkiyə basketboluna saysız-hesabsız gənc istedadlıların yetişdirilməsində də böyük rol oynayıb. “Banvit”in ikinci komandası “Bandırma Kırmızı” ilə ikinci liqada çempionluq (2011), “Banvit” ilə isə Çempionlar Liqası finalı (2017), Türkiyə kuboku çempionluğu (2017) və Türkiyə çempionatında final (2013) oynamaq uğurunu əldə edib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama