Türkiyə, Azərbaycan, Almaniya, Mərkəzi və Şərqi Avropa ölkələri, eləcə də Körfəz dövlətlərində yaşayan azarkeşlər bu məhsulları “Trendyol” tətbiqi vasitəsilə əldə edə biləcəklər.
Türkiyənin aparıcı e-ticarət və dünyanın ən qabaqcıl kommersiya platformalarından biri olan “Trendyol” Paris-2024 Yay Olimpiya Oyunlarına həsr edilmiş Olimpiya Kolleksiyasını təqdim edib.
Olimpiya Kolleksiyasına köynəklər, polo köynəkləri, şortlar, donlar, hudilər, beysbol papaqları, panamalar, çimərlik dəsmalları və tote çantaları daxildir. Bu məhsullar “Trendyol” platforması vasitəsilə Türkiyə, Azərbaycan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman, Almaniya, Avstriya, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan və Yunanıstanda satışa çıxarılacaq.
İdman həvəskarları bu məhsulları həmçinin İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyinin mağazasından və Olimpiya Oyunlarının rəsmi onlayn mağazasından da əldə edə bilərlər.
Bütün məhsullar Türkiyənin seçilmiş tədarükçüləri tərəfindən istehsal olunub və Olimpiya simvolları ilə bəzədilib.

“Biz Olimpiya Kolleksiyasını təqdim etməkdən böyük qürur duyuruq. Öz dizaynerlərimiz tərəfindən yaradılan və Türkiyə tədarükçülərinin istehsalı olan yüksək keyfiyyətli bu geniş məhsul çeşidi Türkiyə məhsullarını dünya səhnəsində tanıtmaq məqsədinə xidmət edir”, - deyə “Trendyol Qrup”un prezidenti Çağlayan Çətin bildirib.
Olimpiya Kolleksiyası “Trendyol”un keçən ilin dekabr ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə imzaladığı lisenziya müqaviləsinə əsasən hazırlanıb. Bundan əlavə, “Trendyol” onun strateji investoru olan “Alibaba Group”un Qlobal Olimpiya Tərəfdaşlığı çərçivəsində, BOK-un “Elektron Ticarət Xidmətləri Tərəfdaşı” kimi Türkiyə və Avropa iqtisadi bölgəsində Olimpiya nişanları və təsvirlərindən istifadə etmək hüququnu qazanıb.
“Trendyol” haqqında
Geniş məhsul çeşidi və özünün xüsusi “Trendyol Collection” brendi altında müxtəlif malları təklif edən “Trendyol” dünyanın aparıcı e-ticarət platformalarından biridir. 2010-cu ildə Türkiyədə təsis edilmiş şirkət Türkiyə, Almaniya, Azərbaycan, Körfəz ölkələri və Mərkəzi və Şərqi Avropa ölkələrində istifadəyə verilmiş yerli tətbiqlər vasitəsilə 250 000-dən çox satıcı və brendi 40 milyondan artıq müştəri ilə əlaqələndirir. Şirkət həmçinin tərəfdaş platformalar vasitəsilə “Trendyol Collection” brendinin 100-dən çox ölkədə topdansatışını həyata keçirir.


“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar