İtaliya Futbol Federasiyası cərimələndi

İtaliya Futbol Federasiyası cərimələndi
XƏBƏR 1 İyul 2024 / 16:38 1038
-  A +

İtaliyanın rəqabət orqanı Antitrust yerli futbol federasiyasını cərimələyib.

QOL.az xəbər verir ki, buna səbəb kimi federasiyanın hakim mövqedən sui-istifadə etməsi göstərilib. Qərara əsasən, federasiya 4 milyon avro cərimə ödəyəcək. 

İtaliya Futbol Federasiyası isə sanksiya tədbirini ədalətsiz hesab edir və inzibati məhkəməyə müraciət etmək niyyətindədir.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası 2015-ci il iyulun 1-dən gənclərin və həvəskarların yarışlarının təşkili zamanı digər ixtisaslaşmış birliklərin səlahiyyətlərini istisna edir və ya məhdudlaşdırır.


Son xəbərlər