Dünən – 30 iyun tarixində görkəmli jurnalist, Azərbaycan idman jurnalistikasında özünəməxsus qələmi və yeri olan Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirilib.
QOL.az saytının məlumatına görə, ETOPAZ-ın baş sponsorluğu, Azərbaycan Mətbuat Şurası və AFFA-nın dəstəyi ilə keçirilən görüşdə veteran futbolçular, hakimlər, tanınmış jurnalislər, sənət adamları və mərhumun ailə üzvləri iştirak edib.
Matçdan öncə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Tədbirə yığışmış qonaqlar dövlət himnimizi canlı ifa ediblər. Daha sonra mərhumun, eləcə də şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Sənan Şəfizadə ilk olaraq sözü Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edib. O, uzun illər tanıdığı mərhum jurnalistin işinin peşəkarı olduğunu vurğulayıb. Y.Məmmədli ötən əsrin 90-cı illərinin əvvəlində jurnalistlər arasında keçirilən ilk futbol turnirində Elnur Əşrəfoğlunun kapitan olduğu Azərbaycan Dövlət Televiziyasının komandasının qalib gəldiyini bildirib.
Daha sonra söz Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə verilib. Elnurun ilk iş yeri olan “525-ci qəzet”ə gəlişini xatırladığını bildirən R.Məcid Əşrəfoğlunun gənc idman jurnalisləri üçün cığır açdığını söyləyib. O qeyd edib ki, Əşrəfoğlu ilk gündən yazıları, maraqlı rubrikaları ilə tanınmağa başlayıb. R.Məcid xatırladıb ki, ilk dəfə məhz E.Əşrəfoğlu futbol üzrə Azərbaycan milli komandasının səfər oyununun stadiondan şərh edib.
Sonra söz AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədliyə verilib. O da xatirələrini bölüşüb, Əşrəfoğlunun hər zaman dostları və sevənləri tərəfindən xatırlanacağını söyləyib.
Sonda mərhum jurnalistin atası Əşrəf bəy çıxış edib. O, tədbirin təşkilində əziyyəti olan hər kəsə minnətdarlıq edib. Elnurun xatirəsinə göstərilən ehtirama görə bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş “Təbriz” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ilk fiti sabiq FİFA referisi Tahir Süleymanov səsləndirib, topa ilk toxunuşu isə Elnur Əşrəfoğlunun oğlu Mətin edib. Görüş “Təbriz” komandasının 6:4 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Gündüz Abbaszadə 3, mərhumun qardaşıoğlu Əşrəf Şükürov 2 qol vurub. Komandanın daha bir qoluna isə Xanoğlan İmanov imza atıb. Elnur Əşrəfoğlunun oğlu Mətin də “Təbriz” komandasının heyətində çıxış edib.
Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə görüşün bütün iştirakçıları diplomla təltif ediliblər. Daha sonra matçın keçirilməsində böyük rolu olan ETOPAZ şirkətinə, eləcə də Azərbaycan Mətbuat Şurasına, Demokratik Jurnalistlər Liqasına, “525-ci qəzet”ə təşəkkürnamələr təqdim olunub. Xatirə hədiyyələrini mərhumun qardaşı Rəşad Şükürov təqdim edib. 2021-ci ildə Gürcüstanda idman jurnalistləri arasında keçirilən beynəlxalq futbol turnirində Azərbaycan tərəfinin istəyi ilə Elnur Əşrəfoğlunun adına turnirin ən yaxşı oyunçusu üçün mükafat təsis edilmişdi. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev həmin müfakatın bir nüsxəsini Elnur Əşrəfoğlunun oğlu Mətinə təqdim edib.
Yuxarı
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi
1-ci liqanı tərk edən komanda bəlli oldu
"Neftçi" İK Azərbaycan kubokunun qalibi oldu
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Superliqada yeni legioner limiti tətbiq olunacaq
Seyxan Fərəcov mükafatlandırıldı
"Qəbələ" - "Şamaxı": Heyətlər
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı məlum oldu
Misli Premyer Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
Seneqal millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
Almaniya millisinin DÇ-2026 üçün heyəti elan edildi
Bunu Sançodan başqa bacaran olmayıb
Çin futbolunda “cəza sunamisi”
Əfsanələrin kameraarxası görüntüləri - Video
Daniel Parexo ilə yollar ayrıldı
38 yaşlı kapitanla müqavilə uzadıldı
Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu - Şəkil
Kazemiro Messinin komanda yoldaşı olacaq
Xabi Alonso: "Çelsi"nin layihəsi möhtəşəmdir"
Avroliqanın final matçından - Video
Misli Premyer Liqası: Son turun hakimləri məlum oldu
“Qarabağ”ın Avroliqada 6 mümkün rəqibi… - Siyahı
Neymar DÇ-2026 öncəsi zədələndi
Avropa Liqasının ağası
Avropa Liqasının qalibi müəyyənləşdi
İki güləşçimiz Avropa çempionatının finalında
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?