"Şimal" UEFA Regionlar Kubokunda ilk oyununa çıxdı

"Şimal" UEFA Regionlar Kubokunda ilk oyununa çıxdı
XƏBƏR 28 İyun 2024 / 21:29 2017
-  A +

"Şimal" komandası bu gün UEFA Regionlar Kubokunun ilkin mərhələnin B qrupunda ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Football School Bridge” (Gürcüstan) ilə qarşılaşıb. Matçda "Şimal" 0:5 hesabı ilə məğlub olub.

"Şimal"ın növbəti matçını “Qothenburq”a (İsveç) qarşı keçirəcək. Görüş iyulun 1-də keçiriləcək. 


Son xəbərlər