"Bu, hələ rəsmiləşməyib. Ona görə də bu barədə indidən nəsə deməyim düz çıxmır. Hələ də "Yurqorden"lə müqaviləm davam edir. Məsələ tam rəsmiləşəndən sonra nəsə demək olar".
QOL.az-ın Macarıstana ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və "Yurqorden"in üzvü Musa Qurbanlı Albaniya millisi ilə yoldaşlıq oyunundan (1:3) sonra deyib. Millimizin görüşdəki yeganə qolunun müəllifi olan futbolçu əvvəlcə "Qarabağ"a qayıdacağı barədə məlumatlara münasibət bildirib. O, bu xəbərləri inkar etməyib.
22 yaşlı hücumçu "Bu mövsüm "Qarabağ" üçün çox uğurlu alındı. Necə düşünürsən, Musa ilə "Qarabağ" daha güclüdür yoxsa Musasız" sualını belə cavablandırıb: "Qarabağ" həmişə güclüdür. Hər il də heyətini qorumaq və yeni futbolçular transfer etməklə daha da güclənir. Ağdam klubu ildən-ilə daha da gücünə güc qatır. Ona görə də mənlə və ya mənsiz daha güclüdü demək bir qədər düz çıxmır. Oyunçular dəyişdikcə komanda keyfiyətində heç bir problem yaranmır".
Daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Musaya oğlu olduğu üçün layiq olduğu qədər şans vermədiyinə dair sözlər söyləmişdi. Hazırda isə Ağdam təmsilçisinin qol silahı Juninyodur. O, Juninyo ilə rəqabət apara bilib-bilməyəcəyi haqda bunları deyib: "Yuxarıda qeyd etdiyim kimi, hələ harda çıxış edəcəyim rəsmləşməyib. Amma özümə həmişə inanıram, maksimum işimi görməyə çalışıram. Rəqabətdən çəkinmirəm. Kim məqşlərdə səylə çalışırsa, o da uğur qazanacaq".
Musa ötən gün vurduğu qolu da şərh edib: "Buna sırf ev hazırlığıydı deməzdim. Sadəcə, əvvəlcə uzaq küncə tərəf yönəldim, ancaq Qismətin ötürməsinin daha arxaya getdiyini görüncə, topun hara gələ biləcəyini təxmin etdim və lazımi yerdə olaraq qol vurdum".
Millidə ardıcıl 2-ci qolunu vuran Musa komandasına daha çox kömək etmək istədiyini bildirib: "Əlbəttə ki, iştahım artır. Milli komandada qol vurmaq qürurverici və xoşdur. Bu gün yığmada qol vurmağım həm özümə inam, həm də klubumda daha çox şans qazanmağım üçün də vacibdir".
Musa Qazaxıstan millisinə qarşı keçirəckləri oyun barədə də fikirlərini bölüşüb. Futbolçu bu görüşdə də qol vursa, Atası Qurban Qurbanovun rekordunu qırmağa 1 addım da yaxınlaşacaq. Forvard isə bu haqda deyib: "Atamın milli komandada bombardir olması mənim üçün ayrıca fəxrdir. Amma hələlik bu barədə fikirləşmirəm, hələ atama çatmağa uzun yol var. Amma hər oyunda qol vurmağım xoş olar".
Hücumçu millidə yerli yoxsa əcnəbi baş məşqçi yer almalıdı" sualına cavab verib: "Bu sual mənə əvvəllər də verilmişdi. Hesab edirəm ki, cavab verməyim düzgün deyil. Bir futbolçu kimi işim meydana çıxıb layiqincə çıxış etməkdir. Qalan məsələlər mənim səlahiyyətimə aid deyil".
O, sonda qarşıdan gələn Millətlər Liqasından danışıb: "İldən-ilə artırmaq istəyirik. Öz oynumuzu yaxşılaşdırmaqla maksimun irəli getmək və daha çox xal toplamağı hədəfləyirik".
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı