Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli bu gün Albaniyaya uduzduqları yoldaşlıq matçından (1:3) sonra jurnalistlərə açıqlama verib.
QOL.az-ın Macarıstana ezam olunmuş müxbiri xəbər verir ki, 26 yaşlı futbolçu əvvəlcə komandanın ümumi oyununu dəyərləndirib. O, istədikləri oyunu nümayiş etdirə bilmədiklərini söyləyib:
“Düşünürəm ki, ilk 10-15 dəqiqə istədiyimiz kimi keçmədi. Elə həmin müddətdə qol buraxdıq. Bundan sonra artıq bərabər səviyyədə oyun getdi. Buraxdığımız qolları gördünüz. Rəqib bir qolda nəsə yarada bildi, digər 2 qolu səhvlərimizdən buraxdıq. Bizim də şanslarımız oldu. Şansları daha yaxşı dəyərləndirə bilərdik. Ümumilikdə, komandanın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Məncə, nəticə oyuna uyğun olmadı".
Mahir artıq Qazaxıstanla oyuna köklənəcəklərini deyib: "Albaniya millisi qol vurduqdan sonra müdafiəyə oturdu. Biz isə müdafiəni yarmaqda çətinlik çəkdik. Mən özüm də uzun müddətdir ki,oynamırdım. Ola bilər ki, komandaya uyğunlaşmaqda bağlı çətinlik çəkdim. Amma uzun müddətdən sonra pis oyun alınmadı. Artıq bu oyun bitdi. Qarşıdakı matçı düşünürük".
Aldığı zədə səbəbindən 5 ay yaşıl meydanlardan kənarda qalan futbolçu öz oyununu belə dəyərləndirib: "Oyunumun kənardan necə göründüyünü bilmirəm, amma “ac” idim. Həm topla, həm topsuz qaçırdım. Həqiqətən də futbol üçün çox darıxmışdım. Ağır zədə almışdım. Bu oyunlar mənə növbəti mövsümdə çox kömək edəcək. Çünki zədə və digər səbəblərdən 5 ay oynamadım. Yeni mövsümdə daha yaxşı formada olmaq istəyirəm"
Mahir Qazaxıstanla oyunda daha yaxşı çıxış edəcəklərinə inandığını söyləyib: "Bugünkü oyundakı səhvlərimizi təhlil edəcəyik. Çalışacağıq ki, növbəti oyunda səhvlər etməyək. Düşünürəm ki, Qazaxıstanla matç daha yaxşı olacaq”.
Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu iyunun 11-də keçiriləcək.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı