De Byazi Albaniya - Azərbaycan matçında

De Byazi Albaniya - Azərbaycan matçında
XƏBƏR 7 İyun 2024 / 21:28 5486
-  A +

Azərbaycan millisi yoxlama görüşündə Albaniya ilə üz-üzə gəlir.

QOL.az-ın Macarıstana ezam olunmuş müxbiri xəbər verir ki,  matçı izləyənlər arasında hər iki milli üçün tanış sima -  Canni De Byazi də var. İtaliyalı mütəxəssis qarşılaşmanı izləmək üçün "Haladaş Arena"ya gəlib.

Qeyd edək ki, Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə baş məşqçilik edib. Mütəxəssis 2011 - 2017-ci illərdə də Albaniya yığmasına çalışdırıb və yığmanı tarixində ilk dəfə Avro-2016-nın final mərhələsinə çıxarıb.


Son xəbərlər
topaz banner