Azərbaycanın U-19 millisinin rəqibləri müəyyənləşdi

Azərbaycanın U-19 millisinin rəqibləri müəyyənləşdi
XƏBƏR 7 İyun 2024 / 16:57 865
-  A +

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025-ci illər mövsümünün I mərhələsindəki rəqibləri bəlli olub. 

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı açıqlamada bildirilib. Bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.

İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.


Son xəbərlər
topaz banner